DGK: “Kommersiya məqsədilə Gürcüstana səyahət edən bir qrup şəxs rüsum və vergiləri ödəməkdən imtina edir”

DGK: “Kommersiya məqsədilə Gürcüstana səyahət edən bir qrup şəxs rüsum və vergiləri ödəməkdən imtina edir”
# 05 mart 2016 09:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Mütəmadi olaraq kommersiya məqsədilə Gürcüstana səyahət edən bir qrup şəxs əlilliklərindən və cəmiyyətdəki bəzi statuslarından istifadə edərək son günlərdə bu ölkədən gətirdikləri şəxsi istehlak miqdarından artıq mallara görə rüsum və vergiləri ödəməkdən imtina edir.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu tələblər yerinə yetirilmədikdə onlar asayişi pozmağa çalışır, vətəndaşların, eləcə də nəqliyyat vasitələrinin gömrük sərhədindən normal keçidinə maneələr yaradır, müxtəlif media qurumları vasitəsilə Dövlət Gömrük Komitəsi və onun səlahiyyətli şəxsləri haqqında həqiqətə uyğun olmayan iddialar səsləndirirlər.

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, Azərbaycan Nazirlər Kabinetinin 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nın 2.1.11-ci maddəsinə əsasən, fiziki şəxslər şəxsi istifadəsi üçün gömrük sərhədindən 10 kiloqrama qədər ərzaq məhsullarını (nərə cinsli balıq istisna olmaqla) hər hansı rüsum ödəmədən keçirə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR