Səudiyyə Ərəbistanı Suriyada təhlükəsizlik zonalarının yaradılması planını dəstəkləyib

Səudiyyə Ərəbistanı Suriyada təhlükəsizlik zonalarının yaradılması planını dəstəkləyib
# 05 may 2017 05:55 (UTC +04:00)

Ər Riyad Suriyada təhlükəsizlik zonalarının yaradılması planını dəstəkləyir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil əl Cubeyr bildirib.    

 

Nazir qeyd edib ki, Səudiyyə Ərəbistanı Astanada qəbul olunan planın növbəti detallarının açıqlanacağını gözləyir.

 

Qeyd edək ki, ötən gün Qazaxıstanın paytaxtı Astanada Suriyada dörd deeskalasiya zonasının yaradılması barədə memorandum imzalanıb.

 

Sənəd Suriyada münaqişə tərəflərinin və atəşkəs razılığının zəmanətçiləri olan ölkələrin nümayəndə heyətləri tərəfindən imzalanıb.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR