Moskva MOİK-nin yarımmüdafiəçisi Roman Yeremenko UEFA tərəfindən ağır cəzaya məruz qalıb. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, buna səbəb futbolçunun qadağan olunmuş maddələrdən istifadə etməsidi.
29 yaşlı oyunçu sentyabrın 14-də Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Bayer”lə keçirilən qarşılaşmadan sonra dopinq-testdən keçmiş və nəticəsi müsbət çıxmışdı. Finlandiya millisinin üzvünün qanında kokain və metabolit aşkar edilib. UEFA əvvəlcə oktyabrın 6-da onu 1 ay müddətinə diskvalifikasiya etmişdi. Lakin indi futbolçu 2 illik futboldan uzaqlaşdırılma cəzasına məruz qalıb.
Yeremenkonun bu cəzaya etiraz olaraq apelyasiyaya müraciət etmək üçün 3 gün vaxtı var.