"Washington Post”: Duqinanın qətlini Ukrayna Təhlükəsizlik Xidməti təşkil edib

"Washington Post”: Duqinanın qətlini Ukrayna Təhlükəsizlik Xidməti təşkil edib
# 23 oktyabr 2023 16:18 (UTC +04:00)

Darya Duqinanın qətli Ukrayna Təhlükəsizlik Xidməti (UTX) tərəfindən təşkil edilib.

APA xəbər verir ki, “The Washington Post” nəşri mənbələrinə istinadən belə bir iddia irəli sürüb.

Nəşrin mənbələri bildirib ki, partlayışı həyata keçirən şəxslər Ukrayna vətəndaşı Natalya Vovka məxsus avtomobildə olan əşyaların birində partlayıcı komponentlər üçün gizli bölmə quraşdırıblar.

Xatırladaq ki, Rusiyalı filosof-təbliğatçı Aleksandr Duqinin qızı Darya Duqina ötən ilin 20 avqustunda "Land Cruiser Prado" avtomobilinin partlaması nəticəsində dünyasını dəyişib.

Hadisədən öncə Duqina rus işğalında olan Mariupoldan qayıdıb. O, Ukraynada aparılan müharibədə Kremli dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR