“Rosselxoznadzor” Türkiyədən gətirilmiş 20 ton pomidoru məhv edib

“Rosselxoznadzor” Türkiyədən gətirilmiş 20 ton pomidoru məhv edib
# 07 may 2016 23:58 (UTC +04:00)

Bakı-APA. Rusiya kənd təsərrüfatı mallarına dövlət nəzarəti xidmətinin (Rosselxoznadzor) Orenburq yaxınlığındakı zibil poliqonda Türkiyə istehsalı olan 20 ton pomidoru məhv edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, pomidorlar Rusiyaya Qazaxıstan ərazisindən daxil olub.

Faktla bağlı inzibati xətaya dair işə başlanılıb.

Qeyd edək ki, Rusiya yanvarın 1-dən etibarən pomidor da daxil olmaqla Türkiyədən bir sıra bitkiçilik məhsullarının ölkəyə tədarükünə qadağa qoyub

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR