Bakı-APA. Belarus prezidenti Aleksandr Lukaşenko Venesuelanın lideri Uqo Çavesin dəfn mərasimində iştirak etmək məqsədi ilə martın 8-də Karakasa yollanacaq. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Belarus prezidentinin mətbuat katibliyi məlumat yayıb.
“Uqo Çaves Belarus prezidentinə yaxın və dost münasibət bəsləyirdi”, deyə Belarus prezidentinin rəsmi saytında bildirilir.
Uqo Çaveslə şəxsən vidalaşmaq niyyətində olduğunu İran prezidenti Mahmud Əhmədinejad dabəyan edib. Qeyd edək ki, Uqo Çavesin ölümü ilə bağlı İranda birgünlük, Belarusda isə üçgünlük matəm elan olunub.