Arseni Yatsenyuk Ukrayna Xalq Cəbhəsi Partiyasının sədri seçilib

Arseni Yatsenyuk Ukrayna Xalq Cəbhəsi Partiyasının sədri seçilib
# 10 sentyabr 2014 14:52 (UTC +04:00)

Bakı - APA. Bu yaxınlarda Yuliya Timoşenkonun “Batkivşina” (Vətən) Partiyasından ayrılan Ukraynanın baş naziri Arseni Yatsenyuk və Ali Radanın sədri Aleksandr Turçinov Ukrayna Xalq Cəbhəsi Partiyasına qoşulublar. APA-nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, bu gün Kiyevdə növbədənkənar qurultayı keçirilən Xalq Cəbhəsi daha əvvəl “Ukrayna Uğrunda” (Za Ukrainu) adı ilə fəaliyyət göstərib. A. Yatsenyuk Xalq Cəbhəsi Partiyası Siyasi Şurasının sədri, A. Turçinov isə partiyanın seçki qərargahının rəhbəri seçilib.

A. Yasenyuk çıxışında Ukraynanın qələbəsinin qaçılmaz olduğunu bildirib: “Kim bədbindirsə, mən xatırlatmaq istərdim ki, biz Maydanda mübarizəyə başlayarkən az adam inanırdı ki, işimiz alınacaq. Lakin biz Yanukoviçə qalib gədik. Putinə də qalib gələcəyik”.

Daxili işlər naziri Arsen Avakov, sosial siyasət naziri Lüdmila Denisova, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Andrey Parubiy, deputatlar Vyaçeslav Kirilenko, Kseniya Lyapina və digər nüfuzlu siyasətçilər, ictimai xadimlər də Xalq Cəbhəsinə qoşulublar. Partiyanın deputatlığa namizədlər siyahısı qurultayın sentyabrın 13-də keçiriləcək ikinci mərhələsində açıqlanacaq.

Xatırladaq ki, oktyabrın 26-da Ukrayna Ali Radasına növbədənkənar seçki keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR