Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyahısını genişləndirəcək

Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyahısını genişləndirəcək
# 04 fevral 2015 21:51 (UTC +04:00)

APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, Aİ nümayəndələri fevralın 5-də “qara siyahı” ətrafında müzakirələri davam etdirəcəklər.

“Aİ Rusiyaya qarşı sanksiyalar siyahısını daha 19 nəfər və 9 şirkət hesabına genişləndirəcək”, deyə mənbə bildirib.

Məlum olduğu kimi, bu həftə Avropa İttifaqına üzv olan 28 ölkə nümayəndəsi Rusiya və Ukraynadakı separatçılara qarşı sanksiya siyahısını genişləndirmək üzrə təklifləri müzakirə edirlər. Sanksiyalar “qara siyahı”ya daxil edilən şəxslərin bank hesablarının dondurulmasını və Aİ ölkələrinə səfər etmək üçün vizaların verilməməsini nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR