Boris Nemtsovun qətli ilə bağlı cinayət işində yeni fiqurant peyda olub

Boris Nemtsovun qətli ilə bağlı cinayət işində yeni fiqurant peyda olub
# 22 may 2015 08:32 (UTC +04:00)

APA-nın “Kommersant”a istinadən verdiyi məlumata görə, bu Çeçenistan Respublikasının sakini Ruslan Muxadinovdur.

Sabiq DİN zabiti Zaur Dadayev ilkin ifadəsində göstərib ki, Rusik adlı şəxs B. Nemtsovu qətlə yetirməkdə şübhəli bilinən şəxslərə ZAZ Chance avtomobilini, tapança və patronlar verib. Həm də bildirib ki, Nemtsovun qətlinə görə həmin şəxs 25 mln. rubl pul mükafatı vəd edib. Lakin Dadayev bir müddət sonra dediklərini inkar edib.

Şübhəli şəxs qismində saxlanılan Tamerlan Əsgərxanov isə bildirib ki, Rusik “Mercedes ML” markalı avtomobili idarə edən şəxs ola bilər.

Rusiya İstintaq Komitəsinin tapşırığına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları R. Muxadinovun yaşadığı evə yollanıblar və qohumları ilə söhbət ediblər. Lakin bu, nəticə verməyib.

Hələlik Muxadinovu tapmaq mümkün olmayıb. Cinayət işində göstərilən “Mercedes ML” markalı avtomobildən məhz onun istifadə etdiyi dəqiqləşib. Bu isə Muxadinovun Nemtsovun qətlində şübhəli bilinən şəxslərlə görüşdüyünə dəlalət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR