Co Baydenin Ukraynaya səfəri başlayıb

Co Baydenin Ukraynaya səfəri başlayıb
# 16 yanvar 2017 07:22 (UTC +04:00)

ABŞ-ın vitse-prezidenti Co Baydenin Ukraynaya səfəri başlayıb.

APA-nın “112.ua” saytına istinadən verdiyi xəbərə görə, C. Baydenin təyyarəsi bu gün səhər saatlarında Kiyevə enib. Onu böyük nümayəndə heyəti müşayiət edir.

Qonaq hava limanından birbaşa Ukraynanın baş naziri Vladimir Qroysmanla görüşə yollanıb. O, daha sonra prezident Pyotr Poroşenko ilə görüşəcək.

Qeyd edək ki, Co Bayden Obama administrasiyasında Ukrayna məsələsinə baxırdı. Yanvarın 20-də onun səlahiyyət müddəti başa çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR