Dağıstanda hərbçilərin atəşə tutulması nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb

Dağıstanda hərbçilərin atəşə tutulması nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb
# 21 avqust 2013 01:49 (UTC +04:00)

Bakı-APA. Dağıstanın Buynaksk şəhərində naməlum şəxslər 2 hərbçini atəş açıblar, nəticədə bir hərbçi ölüb, digəri isə güllə yaraları ilə xəstəxanaya yerləşdirilib. APA-nın verdiyi xəbərə görə, bu barədə “RİA Novosti”yə Dağıstan DİN-in nümayəndəsi bildirib.

“Təxminən gecə saat 02.00 radələrində Buynaksk şəhərinin İmam Şamil küçəsində naməlum şəxslər hərbçilərə atəş açıb, onlardan biri aldığı güllə yaralarından hadisə yerində keçinib, digəri isə xəstəxanaya yerləşdirilib”, deyə mənbə bildirib.

Şəhərdə “Vulkan-4” planı elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR