Dağıstanda polis patruluna hücum nəticəsində 4 nəfər yaralanıb

Dağıstanda polis patruluna hücum nəticəsində 4 nəfər yaralanıb
# 03 avqust 2013 03:14 (UTC +04:00)

Bakı-APA. Dağıstanın Qayakənd rayonunda post-patrul xidmətinin (PPX) avtomobili atəşə tutulub, nəticədə 4 polis əməkdaşı yaralanıb. APA-nın verdiyi xəbərə görə, bu barədə “İnterfaks”a İstintaq Komitəsinin Dağıstan üzrə İdarəsindən məlumat verilib.

İdarədə bildiriblər ki, polis patruluna hücum “Qafqaz” federal əhəmiyyətli magistralda, Pervomayskoye kəndi yaxınlığında yerli vaxtla 01.10 radələrində (Bakı vaxtı ilə 02.10) törədilib.

İnsident nəticəsində 4 polis yaralanıb. Hadisə yerində təhqiqat qrupu araşdırma aparır.

Cinayətkarların müəyyən olunub saxlanılması istiqamətində kompleks tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR