Dağıstanda silahlı məhv edilib

Dağıstanda silahlı məhv edilib
# 11 avqust 2013 05:02 (UTC +04:00)

Bakı-APA. Rusiya Federasiyasının Dağıstan Respublikasının Qızılyurd rayonunun Stalskoye kəndində aparılan xüsusi əməliyyat nəticəsində bir yaraqlı zərərsizləşdirilib, digəri isə gizlənməyə müvəffəq olub.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin nümayəndəsi bildirib.

"Gecə saatlarında Qızılyurd rayonunda keçirilən birgə nəzarət-profilaktik əməliyyatı nəticəsində təhlükəsizlik orqanlarının əməkdaşları silahlı qrup aşkarlayıb. Əməliyyatın gedişində bir yaraqlı zərərsizləşdirilib, digəri isə qaçmağa müvəffəq olub", deyə mənbə agentliyə bildirib.

Onun sözlərinə görə, hazırda zərərsizləşdirmiş silahlının şəxsiyyəti müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR