Dmitri Medvedev: Gürcüstanın NATO-da üzvlüyü ona inkişafı üçün heç bir üstünlük verməyəcək

Dmitri Medvedev: Gürcüstanın NATO-da üzvlüyü ona inkişafı üçün heç bir üstünlük verməyəcək
# 06 avqust 2013 20:46 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın NATO-ya üzv olması ona inkişafı üçün heç bir üstünlük verməyəcək, yalnız Rusiya ilə münasibətlərdə gərginlik mənbəyi yaradacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev “Rustavi-2” gürcü telekanalına müsahibəsində bildirib.

“Bu suveren dövlət olan, yaxşı inkişaf edən Gürcüstana əlavə heç bir şey verməyəcək, lakin ölkələrimiz arasında davamlı, uzunmüddətli gərginlik mənbəyi yaradacaq”, deyə o bildirib.

Medvedev qeyd edib ki, gərginliyə səbəb 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan münaqişəsi ilə yox, “müdafiə anlamı” ilə bağlı olacaq. “Çünki Gürcüstan böyük hərbi-siyasi alyansın iştirakçısı olacaq, hansı ki, müəyyən şərait yarandıqda bizim mümkün ola biləcək düşmənimizdir”, deyə baş nazir qeyd edib və xatırladıb ki, NATO-nun nüvə raketləri Rusiyadakı obyektlərə tuşlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR