Dünya Bankı Ukraynaya 500 milyon dollar ayırıb

Dünya Bankı Ukraynaya 500 milyon dollar ayırıb
# 26 avqust 2015 11:28 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Dünya Bankı Ukraynaya 500 milyon dollar məbləğində maliyyə yardımının ikinci tranşının ayrılması barədə qərar qəbul edib.


APA-nın “BBC”yə istinadən verdiyi xəbər görə, bu barədə qərar bankın Direktorlar Şurasının 25 avqust tarixli iclasında qəbul edilib. Yardım Ukrayna hökumətinin islahatlar proqramına dəstək məqsədilə ayrılıb.

Qeyd edək ki, islahatlar dövlət sektoru, biznes mühiti, eləcə də, energetika və sosial yardım sahələrində idarəçiliyin təkmilləşdirilməsi məqsədi daşıyır.

Bankın nümayəndələrinin məlumatına görə, sonuncu tranş bu ilin fevralında ayrılmış və Ukraynaya 2 milyard dollar həcmində maliyyə yardımını nəzərdə tutan geniş maliyyə paketinin bir hissəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR