Ermənistan aviaşirkəti sentyabrın 21-dən Rusiya hava məkanından istifadə edə bilməyəcək

Ermənistan aviaşirkəti sentyabrın 21-dən Rusiya hava məkanından istifadə edə bilməyəcək
# 11 sentyabr 2014 12:52 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Sentyabrın 21-dən etibarən “Air Armenia” şirkətinə Rusiya hava məkanında aeronaviqasiya xidmətinin göstərilməsi dayandırılacaq.

APA – nın Rusiyanın hava nəqliyyatının təşkili üzrə Dövlət Korporasiyasının saytına istinadən verdiyi məlumata görə, buna səbəb Ermənistan aviaşirkətinin borcları ödəməməsidir.

Borcların ödənilməsi üçün “Air Armenia” aviaşirkətinə bütün imkanlar yaradılsa da, şirkət rəhbərliyi borcların azaldılması üçün heç bir tədbir görməyib.

Qeyd edək ki, “Air Armenia” aviaşirkətinin Rusiyanın Dövlət Korporasiyasına ümumilikdə 1,1 mln. dollar borcu var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR