Ermənistanda polis zorakılığına məruz qalan əsgər analarının səhhətində problem yaranıb

Ermənistanda polis zorakılığına məruz qalan əsgər analarının səhhətində problem yaranıb
# 14 may 2015 15:47 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. Ermənistan Prezident Administrasiyasının qarşısında keçirilən aksiya zamanı polislərin fiziki təzyiqlərinə məruz qalmış əsgər anaları - İrina Qazaryan və Nana Muradyan məhkəmə-tibbi ekspertizasından keçiblər.

APA-nın Ermənistanın epress.am saytına istinadən verdiyi məlumata görə, tibbi ekspert Sanasar Sevoyan ekspertiza nəticələrini İstintaq Komitəsinə göndərib. Sanasar Sevoyan bildirib ki, ekspertiza nəticələrinin bir surəti də zərərçəkənlərə veriləcək.

İrina Qazaryan isə jurnalistlərə deyib ki, ekspertiza onun qolunda qançırların olduğunu təsdiqləyib. Həmçinin qeyd edilib ki, dəymiş zərbələrdən qadının əli əsir. Nana Muradyan isə deyib ki, sinəsində ağrılar var.

Xatırladaq ki, dünən Ermənistan Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçirən qeyri-döyüş şəraitində ölən əsgərlərin anaları ciddi polis zorakılığı ilə üzləşib, döyülüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR