Bakı. Məlahət Nəcəfova - APA. Gümrüdə Ermənistan Sərhəd Xidmətinin müqaviləli hərbi qulluqçusu, 26 yaşlı Artur Afyan itkin düşüb.
APA-nın məlumatına görə, fevralın 21-dən həmin şəxs barədə məlumat yoxdur.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd İdarəsi də əməkdaşının itməsi xəbərini təsdiqləyib və Ermənistan Polisi ilə birlikdə axtar işlərini dava etdirəcəklərini bəyan edib.
Xatırladaq ki, Artur Afyan istirahət günlərindən sonra xidmətə çıxmayıb. Həyat yoldaşının sözlərinə görə, hərbi qulluqçu ona zəng edərək vidalaşıb və qayıtmayacağını bildirib.
Bəzi məlumatlara görə, ailənin böyük məbləğdə borcu olub.