Ermənistanda mənzillərin birinə qumbara atılıb, qadın 3 yaşlı körpə yaralanıb

Ermənistanda mənzillərin birinə qumbara atılıb, qadın 3 yaşlı körpə yaralanıb
# 06 fevral 2015 12:01 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Ermənistan paytaxtında bir kişi qadının və 3 yaşlı körpənin üzərinə qumbara atıb. APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, hadisə İrəvanın 9-cu Nork massivində, 17 saylı binadakı mənzillərdən birində baş verib.

Sakinlər bildiriblər ki, mənzil sahiblərinin övladına dayəlik edən qadının həyat yoldaşı mənzilə gələrək içəriyə qumbara atıb. Hadisənin səbəbləri məlum deyil. Baxıcı qadın və 3 yaşlı körpə xəsarət alıb.

İnsident nəticəsində ölən olmayıb. Cinayətdə şübhəli bilinən şəxs saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR