Ermənistanda polis məmuru saxlanılıb

Ermənistanda polis məmuru saxlanılıb
# 12 iyun 2015 15:21 (UTC +04:00)

Bakı. Faiq Mahmudov – APA. Ermənistanda polis məmuru saxlanılıb.


APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, buna səbəb həmin şəxsin vəzifəsinin icrası zamanı saxtakarlığa yol verməkdə şübhəli bilinməsidir.

Məlum olub ki, 22 sentyabr 2013-cü ildə Açacur kəndində Kamo Kaltaxçyana məxsus "Toyota" avtomobili partladılaraq ona qarşı sui-qəsd edilib. Hüquq-mühafizə orqanlarına müraciət edən K. Kaltaxçyan bildirib ki, bu, ona və ailəsinə qarşı törədilən ilk sui-qəsd cəhdi deyil. Yarım il öncə onun oğluna məxsus avtomobil atəşə tutulub.

Ermənistan Xüsusi İstintaq Xidmətinin apardığı araşdırma nəticəsində paytaxt rayonlarının birinin polis idarəsinin cinayət axtarışı üzrə şöbə rəisi A. Armen saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR