Ermənistanda uşaq bağçasında saxlanılan girovlar azad edilib - YENİLƏNİB

Ermənistanda uşaq bağçasında saxlanılan girovlar azad edilib - <span style="color: red;">YENİLƏNİB
# 31 oktyabr 2017 03:16 (UTC +04:00)

Ermənistanın Armavir şəhərində uşaq bağçasına silahlı hücum olub.

APA-nın məlumatına görə, hadisəni bağçanın direktorunun keçmiş kürəkəni törədib. Həmin şəxs uzun müddət keçmiş həyat yoldaşı ilə görüşməyə çalışıb. Buna nail ola bilməyən kişi keçmiş qayınanasının direktor, keçmiş arvadının işçi olduğu bağçaya soyuq silahla hücum edib. O, bağçanın işçilərini və bir uşağı girov götürüb. Bir qədər sonra işçiləri azad edən şəxs uşağı girovluqda saxlamaqda davam edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları uzun danışıqlardan sonra uşağın da təhlükəsiz yerə keçməsinə nail olub və bundan sonra xüsusi vasitələrdən istifadə etməklə əməliyyata başlayıb.

Ələ keçiriləcəyini görən şəxs özünə xəsarət yetirməyə çalışıb. Lakin polis əməkdaşları buna mane olub və onu xəstəxanaya çatdırıb.

***

19:20

Ermənistanın Armavir şəhərində uşaq bağçasına silahlı hücum olub.

APA-nın “Shamshyan.com” saytına istinadən verdiyi məlumata görə, hadisənin bağçanın direktorunun keçmiş kürəkəni tərəfindən törədildiyi ehtimal edilib.

İlkin məlumata əsasən həmin şəxs uzun müddət keçmiş həyat yoldaşı ilə görüşməyə çalışıb. Buna nail olmadığını görüb soyuq silahla bağçaya hücum edib. O, bağçanın işçilərini və bir uşağı girov götürüb və keçmiş həyat yoldaşı ilə görüş tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR