Bakı. Rüfət Əhmədzadə – APA. Ermənistanın müxalif “İrs” Partiyasının lideri Raffi Ovannisyan prezident Serj Sarkisyanı və Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanı istefaya çağırıb.
APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, R. Ovannisyan “erməni soyqırımı”nın 100-cü ildönümü münasibəti ilə “Birləşmiş Ermənistan” dövlətinin yaradılması təklifini irəli sürüb.
O qeyd edib ki, S. Sarkisyan və B. Saakyanın istefaya getdikdən sonra “birləşmiş dövlət”in prezidentini seçmək mümkün olacaq.