Gennadi Züqanov: "Azərbaycandan çox şey öyrənmək olar"

Gennadi Züqanov: "Azərbaycandan çox şey öyrənmək olar"
# 16 fevral 2015 11:51 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Rusiya və Azərbaycan bir-birindən öyrənməlidir". APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov bu gün TASS agentliyində keçirdiyi mətbuat konfransında bildirib.

Bir müddət əvvəl Bakıya səfəri barədə danışan G.Züqanov prezident İlham Əliyevlə görüşdüyünü xatırladıb: "Biz xüsusi olaraq Azərbaycana getdik. Çünki bir-birimizdən öyrənməliyik. Müsəlman ölkəsi ilə Rusiya yaxşı əlaqələr qura bilər və bu əlaqələr hamıya sərf edəcək".

Vahid postsovet məkanının yenidən yaradılmasının tərəfdarı olduğunu söyləyən kommunistlərin lideri bildirib ki, Azərbaycandan çox şey öyrənmək olar: "Vətəndaş müharibəsi orda başlamışdı, o vaxt ki, heç yerdə bu müharibə yox idi. Mən Heydər Əliyevi şəxsən tanıyırdım. O, birinci dəfə Azərbaycana qayıdanda nə etdi? Qiyam qaldıranlara görüşdü. Bir günə hamını yola gətirdi. O zaman hər bir rəhbər şəxsin öz ordusu vardı. Küçələrdə gəzmək mümkün deyildi. Heydər Əliyev küçələrdə sahman yaratdı. O, pravoslav bayramına gedərək ruslarla danışdı. Ona görə də ruslar Azərbaycandan qaçmadılar. Bu gün Heydər Əliyevin gördüyü işi İlham Əliyev davam etdirir".

G.Züqanovun sözlərinə görə, Bakı bütün regionun ən yaxşı paytaxtlarından biridir: "Azərbaycan oliqarxların nefti zəbt etdiyi ölkə deyil. Əgər Rusiya ilə bugünkü münasibətlərdən danışsaq, Azərbaycanda rus dili dərsləri ixtisar edilməyib. Mən bir məktəbdə oldum və 5-ci sinifdə oxuyan şagirdlərin rus dilində necə mükəmməl yazdıqlarını gördüm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR