Gürcüstanın 2 çaxır istehsalçısı Rusiya bazarına buraxılıb

Gürcüstanın 2 çaxır istehsalçısı Rusiya bazarına buraxılıb
# 29 mart 2013 04:35 (UTC +04:00)

Bakı-APA. Rusiya İstehlaka Nəzarət Xidməti (Rospotrebnadzor) Gürcüstanın 2 çaxır istehsalçısına Rusiya bazarına çaxır məhsulu idxal etməyə icazə verib.

“Məsələ həllini tapıb. Onlar artıq sənaye partiyaları hazırlamağa başlaya bilərlər”. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə martın 28-də Rusiya İstehlaka Nəzarət Xidmətinin rəhbəri, Rusiyanın baş dövlət sanitar həkimi Qennadi Onişenko bildirib.

Söhbət iki çaxır istehsalçısından gedir – “Kindmarauli Marani” və “Duqladzenin Çaxır Evi”.

Qennadi Onişenkonun sözlərinə görə, Rusiyada qeyd olunan müəssisələrin 40-dək alkoqol məhsulu nümunələri qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR