İran üçün nəzərdə tutulan S-300 raket kompleksləri parçalara bölünüb

İran üçün nəzərdə tutulan S-300 raket kompleksləri parçalara bölünüb
# 31 avqust 2013 03:43 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Rusiya İranın sifarişi əsasında istehsal etdiyi S-300 zenit-raket komplekslərini parçalara bölərək başqa sahələrdə istifadə edib. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu “MAKS-2013” beynəlxalq hərbi hava məhsullarının sərgisi zamanı Rusiyanın “Almaz-Anti” konserninin baş direktoru Vladislav Menşikov deyib. Onun sözlərinə görə, İrana göndərilməsi planlaşdırılan S-300 hava hücumundan müdafiə kompleksləri artıq mövcud deyil:

 

“Biz onları sökmüşük. Çünki Rusiya hər məhsulu müştəri üçün xüsusi olaraq istehsal edir, bu baxımdan həmin məhsulu başqa müştəriyə sata bilməzdik. Ona görə də İranın sifarişi əsasında hazırlanmış məhsulu hissələrə ayırdıq. Onun bir hissəsi yeni məhsulun istehsalında istifadə edilib, digər hissələri isə təkrar istehsal prosesinə yönəldilib. Bu dəqiq məlumatdır”.

 

Qeyd edək ki, İranla Rusiya arasında S-300 zenit-raket komplekslərinin satışına dair müqavilə 2007-ci ildə imzalanıb. Müqaviləyə əsasən, Rusiya İrana 800 milyon dollar qarşılığında 5 ədəd S-300 PMU-1 zenit-raket kompleksi satmalı idi. Ancaq 2010-cu ilin iyununda BMT Təhlükəsizlik Şurasının İrana qarşı dördüncü sanksiya paketini qəbul etməsindən sonra Rusiya müqavilənin icrasını dayandırıb və noyabrın 7-də satışı tamamilə ləğv edib. Bu səbəbdən İran Rusiyanı beynəlxalq məhkəməyə verib. Tehran Moskvadan 4 milyard dollara yaxın təzminat istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR