İrəvanda prezident Serj Sarkisyanın istefası tələbi ilə yürüş və mitinq keçiriləcək

İrəvanda prezident Serj Sarkisyanın istefası tələbi ilə yürüş və mitinq keçiriləcək
# 06 sentyabr 2014 16:05 (UTC +04:00)

Bakı-APA. Ermənistanın müxalifət partiyasının sədri Paruyr Ayrikyan sabahdan aclıq aksiyasına başlayacaq.

APA - nın “Armenia Today”a istinadən verdiyi məlumata görə, P. Ayrikyan sentyabrın 8-də İrəvandakı Azadlıq meydanında keçiriləcək mitinqdə aclığa başlamasının səbəbini açıqlayacaq.

Həmin gün P. Ayrikyanın rəhbərlik etdiyi Milli öz müqəddəratını təyinetmə birliyi partiyası Ermənistan prezidenti Serj Sarkisyanın istefası tələbi ilə yürüş və mitinq keçirəcək.

Partiyanın yaydığı məlumatda qeyd edilib ki, hakimiyyətin günahı ucbatından yaranmış cəhənnəm həyatı nəticəsində Ermənistan batan gəmiyə çevrilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR