İrtış çayında teploxodla barja toqquşub, 4 nəfər ölüb

İrtış çayında teploxodla barja toqquşub, 4 nəfər ölüb
# 17 avqust 2013 10:26 (UTC +04:00)

Bakı – APA. Bu gün səhər Rusiyanın Omsk vilayətinin Lenin rayonunun Novaya Stanitsa yaşayış məntəqəsi yaxınlığında, İrtış çayında sərnişin teploxodu ilə barja toqquşub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, “Polesye-8” adlı teploxodun yükdaşıyan barja ilə toqquşmasından sonra teploxodda dəlik açılıb və sərnişinlərin təxliyyəsinə başlanılıb. Teploxodda 56 sərnişin və 4 ekipaj üzvü olub. Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi 4 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR