İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynov Ukraynada monitorinq keçirib

İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynov Ukraynada monitorinq keçirib
# 17 sentyabr 2014 07:52 (UTC +04:00)

L.Hüseynovun APA-ya verdiyi məlumata görə, səfərin əsas məqsədi 2013-cü ilin sonu və 2014-cü ilin əvvəlində Meydan hərəkatı zamanı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən törədilmiş zorakılıq əməlləri ilə bağlı istintaqın necə aparıldığını, habelə Ukraynanın şərqində həyata keçirilən anti-terror əməliyyatları zamanı tutulmuş şəxslərlə nə cür rəftar olunduğunu yoxlamaq olub.

Bundan əlavə, nümayəndə heyəti azadlıqdan məhrum edilmiş şəxslərin vəziyyətini qiymətləndirmək məqsədilə Xarkov vilayətində yerləşən bir sıra penitensiar müəssisələrdə təkrar monitorinq həyata keçirib.

Səfərin yekunları Ukraynanın baş prokuroru Vitali Yarema ilə keçirilən görüşdə geniş şəkildə müzakirə olunub.


Lətif Hüseynov qeyd edib ki, monitorinqin nəticələri barədə məruzə hazırlanacaq və Ukrayna hökumətinə təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR