İŞİD Dağıstandakı hücuma görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD Dağıstandakı hücuma görə məsuliyyəti öz üzərinə götürüb
# 18 fevral 2018 21:26 (UTC +04:00)

İŞİD terror qruplaşması Dağıstanın Kizlər şəhərində törədilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi xəbər verib. Bununla belə faktı təsdiqləyən heç bir dəlil təqdim edilməyib.

Fevralın 18-də Dağıstanın Kizlər şəhərində Maslenitsa bayramının qeyd olunduğu kilsədə 22 yaşlı Xəlil Xəlilov insanlara atəş açıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 4-ü yaralanıb. X.Xəlilov polis əməkdaşının açdığı cavab atəşi ilə öldürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR