Kamçatkada 4,7 bal gücündə zəlzələ baş verib

Kamçatkada 4,7 bal gücündə zəlzələ baş verib
# 23 sentyabr 2014 02:26 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Kamçatka diyarının Ust-Bolşeretsk rayonunda 4,7 bal gücündə zəlzələ baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Ozernovskiy qəsəbəsindən 86 km şimal-şərqdə, ocağı 150 km dərinlikdə yerləşib.

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Kamçatka diyarı üzrə baş idarəsinin mətbuat xidmətinin açıqlamasına görə, yeraltı təkanlar yaşayış məntəqələrində hiss olunmayıb. Zəlzələ ilə əlaqədar sunami xəbərdarlığı elan edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR