Kremençuq şəhərinin merinin qətlə yetirilmə versiyaları açıqlanıb

Kremençuq şəhərinin merinin qətlə yetirilmə versiyaları açıqlanıb
# 26 iyul 2014 23:26 (UTC +04:00)

Bakı – APA. Ukraynanın hüquq-mühafizə orqanları Kremençuq şəhərinin meri Oleq Babayevin qətlə yetirilməsi ilə bağlı bir neçə versiyanı nəzərdən keçirirlər.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Poltava vilayəti üzrə DİN İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yuri Sulayev bəyan edib.

“Oleq Babayevin peşəkar, sahibkarlıq fəaliyyəti və yaxud qətlin şəxsi zəminində törədilməsi kimi bir neçə ehtimallar mövcuddur”, deyə Y.Sulayev bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR