Krım tatarlarının lideri Mustafa Cəmilov Ukraynada müsəlman batalyonunun yaradıldığını bildirib

Krım tatarlarının lideri Mustafa Cəmilov Ukraynada müsəlman batalyonunun yaradıldığını bildirib
# 01 avqust 2015 22:14 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “QHA” agentliyi (Krım Xəbərləri Agentliyi) məlumat yayıb.

“Ukraynanın Müdafiə Nazirliyinə tabe olacaq və Krımla həmsərhəd Herson vilayətində yerləşəcək müsəlman batalyonunun yaradılmasına dair qərar qəbul olunub”, deyə o Ankarada keçirilən Krım tatarlarının II Ümumdünya konqresində çıxışı zamanı bildirib.

Cəmilovun sözlərinə görə, artıq çoxlu sayda çeçen, inquş, azərbaycanlı və özbək bu batalyonda xidmət çəkmək arzusundadır.

Müsəlman batalyonunun Krım və Ukrayna arasında insanların və yüklərin keçməsinə nəzarət etmək üçün istifadə olunacağı bildirilir.

Mustafa Cəmilov çıxışı zamanı Rusiyaya qarşı sərt sanksiyaların tətbiq edilməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, Ankarada 1-2 avqust tarixlərində Krım tatarlarının II Ümumdünya konqresi keçirilir. Konqres Mustafa Cəmilov və Refat Çubarovun təşkilatçılığı keçirilir. Rusiya onların hər ikisinə 5 il müddətinə ölkəyə girişinə qadağa qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR