Lavrov: “ABŞ orta və yaxın mənzilli raketlərə dair müqavilənin Rusiya tərəfindən pozulmasına dair iddialarını konkretləşdirməyib"

Lavrov: “ABŞ orta və yaxın mənzilli raketlərə dair müqavilənin Rusiya tərəfindən pozulmasına dair iddialarını konkretləşdirməyib"
# 09 iyun 2015 14:26 (UTC +04:00)

Bakı – APA. “ABŞ bu günədək orta və yaxın mənzilli raketlərə dair müqavilənin Rusiya tərəfindən pozulmasına dair iddialarını konkretləşdirməyib. Bu, qeyri-ciddi söhbətdir”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov salvadorlu həmkarı Uqo Martineslə danışıqlardan sonra keçirilən brifinqdə çıxış edib.

“Amerikalılardan onların iddialarının nədən ibarət olduğunu bizə bildirməyi xahiş etdik. Məsləhətləşmələrin iki mərhələsi keçirilsə də, amerikalı həmkarlarımız öz şübhələrini konkretləşdirmədilər”, - deyə o vurğulayıb.

Lavrov qeyd edib ki, Rusiya sözügedən müqavilənin pozulmasına şübhələnməyə əsas verən konkret dəlilləri nəzərdən keçirməyə hazırdır. Onun sözlərinə görə, Moskva artıq ABŞ qarşısında raket əleyhinə müdafiə sistemi də daxil olmaqla, orta və yaxın mənzilli raketlərə dair müqaviləni pozan addımlarla bağlı məsələni qaldırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR