MDB Antiterror Mərkəzi: İŞİD Əfqanıstan və Pakistanda yeni bazalar yaradır

MDB Antiterror Mərkəzi: İŞİD Əfqanıstan və Pakistanda yeni bazalar yaradır
# 20 fevral 2018 09:55 (UTC +04:00)

Əfqanıstan və Pakistanda İŞİD terror qruplaşmasının yeni bazaları formalaşır.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri MDB-yə üzv ölkələrin Antiterror Mərkəzinin rəhbəri Andrey Novikov deyib. O bildirib ki, İŞİD-in əsas döyüş bölmələri zərərsizləşdirildikdən sonra qalan üzvləri digər regionlara köç edib: “Hazırda artıq istifadə edilmiş Suriya və İraq əvəzinə Əfqanıstan və Pakistanda bazalar formalaşır. İŞİD faktiki olaraq yenilənir və qlobal dini-siyasi layihə və hərbi-siyasi model kimi qorunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR