Merkel: Rusiya iki dəfə Ukraynanın ərazi bütövlüyünü pozub

Merkel: Rusiya iki dəfə Ukraynanın ərazi bütövlüyünü pozub
# 10 fevral 2015 00:33 (UTC +04:00)

APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Almaniyanın kansleri Anqela Merkel bəyan edib.

Onun sözlərinə görə, Rusiya iki dəfə, Donbasda və Krımda Ukraynanın ərazi bütövlüyünü pozub. Angela Merkel həmçinin qeyd edib ki, Avropa İttifaqı və ABŞ münaqişənin diplomatik yolla nizamlanması istiqamətində səylərini davam etdirəcəklər. Almaniya kansleri bir daha bildirib ki, Ukraynanın şərqindəki böhran hərbi yolla həll edilə bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR