Moskva aeroportlarında 36 aviareys təxirə salınıb, 13-ü ləğv edilib

Moskva aeroportlarında 36 aviareys təxirə salınıb, 13-ü ləğv edilib
# 26 yanvar 2018 20:15 (UTC +04:00)

Bu gün əlverişsiz hava şəraiti ilə əlaqədar Moskvada 36 aviareys təxirə salınıb, 13 aviareys ləğv edilib.

APA-nın “RT”-yə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 21.55-ə olan məlumata görə, Domodedovo aeroportunda 9 reys təxirə salınıb, 12 reys ləğv edilib.

Həmçinin "Şeremetyevo"da 17 uçuş təxirə salınıb, "Vnukovo"da isə 10 uçuş təxirə salınıb, 1-i ləğv edilib.

Bundan əvvəl sinoptiklər yanvarın 27-də Moskvada küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR