Moskva birjasının açılışında avro illik maksimumu yeniləyib

Moskva birjasının açılışında avro illik maksimumu yeniləyib
# 24 avqust 2015 09:43 (UTC +04:00)

APA-Economics” RBK-ya istinadən xəbər verir ki, bu gün Rusiya vaxtı ilə 10:04-də avronun məzənnəsi 81,04 rubla qədər yüksəlib. Bu, avqustun 21-də birjanın bağlandığı vaxt qeydə alınan göstəricidən 2,40 rubl çoxdur. Belə ki, ötən həftənin 5-ci günündə birjalarda Avropanın vahid valyutası 78,64 rubla satılıb.

Bununla da, Avrozonanın vahid valyutasının məzənnəsi illik maksimumu yeniləyib.

Bu gün birjada 1 ABŞ dollarının kursu 70,75 rubla çatıb. Bu, avqustun 21-də əməliyyatların bağlanması zamanı qeydə alınan göstəricidən 1,65 rubl artıqdır. Belə ki, həmin vaxt birjalarda ABŞ-ın milli valyutası 69,10 rubla təklif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR