Moskva restoranında atışmaya görə saxlanılan 19 nəfərdən 13-ü ermənidir

Moskva restoranında atışmaya görə saxlanılan 19 nəfərdən 13-ü ermənidir
# 16 mart 2013 18:38 (UTC +04:00)

Bakı-APA. Moskvada “Oliva” restoranında törədilən atışmaya görə saxlanılan 19 nəfərdən 13-ü ermənidir. APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, baxış zamanı onların üzərində narkotik maddələr aşkar olunub.

Bundan əvvəl KİV-lər 16 nəfərin saxlandığı barədə xəbər verirdi.

Qeyd edək ki, mənzildə barrikada quran cinayətkarlar saxlanılarkən fəal müqavimət göstəriblər. Polisin həmləsi zamanı erməni cinayətkarlardan odlu silah və əl qumbarası götürülüb. Onların üzərində baxış zamanı narkotik maddələr, o cümlədən 4 qramadək heroin aşkar olunub. Qruplaşmanı qalan üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam edir.

Xatırladaq ki, silahlı qarşıdurma fevralın 11-də Moskvanın “Oliva” restoranında baş vermişdi. Münaqişədə 40-dək adam iştirak edib, atışma nəticəsində bir nəfər ağır xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR