Moskvada “oğru dünyası”nın 68 üzvü saxlanılıb

Moskvada “oğru dünyası”nın 68 üzvü saxlanılıb
# 16 iyul 2014 09:58 (UTC +04:00)

Bakı-APA. Moskva polisi cinayətkar qruplaşmaların 68 nümayəndəsini saxlayıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “oğru dünyası”nın təmsilçiləri iyulun 15-də Rusiya paytaxtının şərqində görüş keçirməyi planlaşdırsalar da, hüquq-mühafizə orqanlarının əməkdaşları buna imkan verməyiblər.

İstintaqın məlumatına əsasən, görüşün təşkilatçısı 31 yaşlı Tacikistan vətəndaşıdır. O, Moskva ərazisində 10-dək silahlı hücumun təşkilində günahlandırılır.

Saxlanılan şəxslər hazırda Moskvanın ayrı-ayrı polis şöbələrindədir. Onların bu və ya digər cinayətlərin törədilməsində iştirak edib-etmədikləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR