Moskvadakı bazarlardan birinin sahibi qətlə yetirilib

Moskvadakı bazarlardan birinin sahibi qətlə yetirilib
# 10 sentyabr 2014 00:11 (UTC +04:00)

APA-nın “LifeNews”a istinadən verdiyi xəbərə görə, naməlum şəxs qəfil sahibkara doğru qaçaraq avtomat silahdan onun baş nahiyəsindən atəş açıb, sonra isə dərhal hadisə yerindən uzaqlaşıb.

Qətlin təsadüfi şahidi hadisə yerinə təcili polis çağırıb.

Qeyd edək ki, qətl anı müşahidə kameraları tərəfindən qeydə alınıb.

Video görüntüdə öldürülən şəxsin boş küçə ilə irəlilədiyi əks olunub. Sahibkar döngəyə döndükdə naməlum şəxs qaçaraq ona yaxınlaşıb atəş açır və dərhal hadisə yerindən uzaqlaşıb.

Öldürülən şəxsin Moskvada yerləşən “Fruktoviy ray” (“Meyvəli cənnət”) ticarət kompleksinin sahibi olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR