Prezidentliyə keçmiş namizəd P.Ayrikyan: “Əgər Sedrakyan sui-qəsdin iştirakçısıdırsa, deməli o başqa birisinin sifarişini yerinə yetirib”

Prezidentliyə keçmiş namizəd P.Ayrikyan: “Əgər Sedrakyan sui-qəsdin iştirakçısıdırsa, deməli o başqa birisinin sifarişini yerinə yetirib”
# 06 mart 2013 03:57 (UTC +04:00)

Bakı-APA. Ermənistan prezidentliyinə keçmiş namizəd Paruyr Ayrikyanın səhhəti dəyişməz olaraq qalmaqdadır. APA-nın məlumatına görə, bu barədə “News.am”a prezidentliyə keçmiş namizədin özü bildirib.

Onun sözlərinə görə, o sağ əlindəki ağrıların azalmasına hesablanmış müalicə kursunu davam etdirir, lakin irəliləmə müşahidə olunmur. Xaricdə müalicə keçməyə planlaşdırmır. İndiki vəziyyəti hələ ən azı 3 ay davam edə bilər.

Prezidentliyə keçmiş namizəd, özünü eposşunas alim kimi təqdim edən Vardan Sedrakyanın ona qarşı törədilən sui-qəsddə əlaqəli olub-olmadığına fikir bildirən Paruyr Ayrikyan qeyd edib: “Mən bu insanla tanış deyiləm. Bundan başqa, sui-qəsd şəxsi motivlərə görə yox, siyasi motivlərə görə törədilib”. O qeyd edib ki, Vardan Sedrakyan elə bir şəxsiyyətdir ki, onun sui-qəsdə heç bir aidiyyəti ola bilməz: “Əgər varsa, deməli o başqa birisinin sifarişini yerinə yetirib”, deyə Paruyr Ayrikyan qeyd edib.

Bir qədər əvvəl APA-nın verdiyi xəbərə görəi, Ermənistanda keçmiş prezidentliyə namizəd Vardan Sedrakyan iki ay müddətinə həbs olunub. Martın 5-də məhkəmə Milli təhlükəsizlik xidmətinin Vardan Sedrakyan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə müraciətini təmin edib.

Vardan Sedrakyan digər keçmiş prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı sui-qəsd təşkil etməkdə ittiham olunub.

Qeyd edək ki, Vardan Sedrakyan istintaqa ifadə verməkdən və özünü təqsirli saymaqdan imtina edib. APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Vardan Sedrakyanın vəkili F.Sirunyan xəbər verib.

Xatırladaq ki, yanvarın 31-də Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyan İrəvanın mərkəzində çiynindən güllə yarası alıb. Fakt üzrə cinayət işi açılıb. Cinayət işi üzrə istintaq Ermənistan Milli Təhlükəsizlik Xidmətinin nəzarətindədir.

Yanvarın 8-də Paruyr Ayrikyana sui-qəsd törətməkdə şübhəli şəxs qismində Xaçatur Poqosyan və Samvel Arutyunyan saxlanılıb. Poqosyanın evindən sui-qəsddə istifadə olunan “Naqan” tipli tapança aşkar olunub. Saxlanılan şəxslər günahlarını etiraf ediblər.

Sonradan saxlanılan şəxslərin Vardan Sedrakyanın tanışları olduğu məlum olub. Belə ki, onlardan biri Sedrakyanın bağ evində təmir işləri görüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR