Putin 2018-ci il prezident seçkilərində iştirakına dair sualı cavablandırıb

Putin 2018-ci il prezident seçkilərində iştirakına dair sualı cavablandırıb
# 31 may 2017 04:23 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə seçki kampaniyasının ölkə konstitusiyasına tam uyğun şəkildə keçirilməsini təmin etmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu V. Putin “Figaro” nəşrinə müsahibəsində bildirib.

Putin, özünün seçkilərdə iştirakı barədə danışmağın hələ tez olduğunu qeyd edib: “Namizədlərə gəlincə, bu barədə danışmaq hələ tezdir”.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkədə seçkiqabağı kampaniyasının aparılmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR