Putin: “Rusiyada yeni iş yerləri açmaq üçün silah ixracatını artırmaq lazımdır”

Putin: “Rusiyada yeni iş yerləri açmaq üçün silah ixracatını artırmaq lazımdır”
# 07 iyul 2014 14:55 (UTC +04:00)

V.Putin qeyd edib ki, Rusiyanın qlobal silah bazarında iştirakını gücləndirmək xüsusi əhəmiyyət daşıyır: “Şübhə yoxdur ki, bu, bizim milli müdafiə sənayemizin genişlənməsinə, istehsalın yenilənməsinə və təzə iş yerlərinin açılmasına rəvac verəcək”.

O əlavə edib ki, Rusiya 2013-cü ildə 15,7 mlrd. dollar dəyərində silah-sursat və hərbi texnika ixrac edib: “Rusiyanın satdığı hərbi texnika arasında döyüş təyyarələri üstünlük təşkil edir. Bu ilin ilk yarısında Rusiyanın silah və hərbi texnika ixracatı artıq 5,6 mlrd. dollar təşkil edib”.

Qeyd edək ki, Rusiyanın əsas silah alıcıları arasında Suriya, Hindistan, Çin və Venesuelanın adı çəkilir. Rusiya həmçinin öz silahlı qüvvələrinin modernləşdirilməsini və çevik birliklərin təkmilləşdirilməsini sürətləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR