Putin: “Trampla istənilən vaxt görüşməyə hazıram”

Putin: “Trampla istənilən vaxt görüşməyə hazıram”
# 13 dekabr 2016 10:00 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin istənilən vaxt ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trapmla görüşməyə hazır olduğunu deyib.

APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, V. Putin hesab edir ki, əvvəlcə Donald Trampın öz administrasiyasını formalaşdırmasını və səlahiyyətlərinin icrasına başlamasını gözləmək lazımdır: “Bizim tərəfdən heç bir problem yoxdur. Amma fikrimcə, hazırda yeni administrasiyanın formalaşdırılmasının çətin mərhələsi gedir. Gərək səbirli olaq və administrasiyanın tam formalaşmasını gözləyək”.


V. Putin D. Trampın Rusiya-ABŞ münasibətlərinin normallaşdırılmasına tərəfdar çıxmasını alqışlayıb və Rusiyanın da bu mövqedə olduğunu söyləyib.

İsmayıl Fətəliyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR