Putin: "Suriyada vurulan təyyarəmizin pilotuna milli qəhrəman adı veriləcək”

Putin: "Suriyada vurulan təyyarəmizin pilotuna milli qəhrəman adı veriləcək”
# 25 noyabr 2015 10:31 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Suriyada vurulan Rusiya qırıcısının pilotuna ölümündən sonra milli qəhrəman adı veriləcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putin deyib.


Putin vurulan təyyarənin şturmanının xilas olunduğunu, Hmeymimdəki hərbi bazaya çatdırıldığını söyləyib: "Xilasetmə əməliyyatında iştirak edən, o cümlədən vurulan təyyarənin pilotu və şturmanına dövlət mükafatları təqdim olunacaq. Bu təkliflə Müdafiə Nazirliyi çıxış edib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR