Putin: "Ümid edirəm ki, Rusiya ilə Ukrayna arasında heç vaxt müharibə olmayacaq"

Putin: "Ümid edirəm ki, Rusiya ilə Ukrayna arasında heç vaxt müharibə olmayacaq"
# 24 fevral 2015 10:02 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Ümumrusiya Dövlət Televiziya və Radio Şirkətinə (VQTRK) müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib.

"Fikrimcə, belə apokalipsis ssenari çətin ki, mümkün olsun", - deyə o vurğulayıb.


V. Putin Ukraynadakı vəziyyətin nizamlanması üçün təcili diplomatik tədbirlərin görülməsinə və ya "Minsk-3" danışıqlarının keçirilməsinə hələlik ehtiyac olmadığını söyləyib: "Əsas məsələ Minsk razılaşmalarının yerinə yetirilməsidir. Ukrayna, Rusiya, Fransa və Almaniya tərəfindən hazırlanan bu razılaşmalar təkcə sənəd üzərində deyil, faktiki olaraq bütün beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən beynəlxalq hüquq aktı kimi BMT Təhlükəsizlik Şurasının qətnamələrində də təsbit edilib".


Rusiya prezidentinin sözlərinə görə, Avropa ölkələri də Ukraynadakı vəziyyətin normallaşmasında maraqlıdır: "Minsk razılaşmalarının icra edilməsində Avropa ölkələri Rusiyadan az maraqlı deyil. Heç kimə Avropanın periferiyasında münaqişə lazım deyil. Avropalı tərəfdaşlarımızın arzusu nizamlanmanı sona çatdıran güzəştli həll variantının tapılmasıdır. Minsk razılaşmasında da Ukraynada hakimiyyətin desentralizasiyası bəndi var, bu bəndin izahı da verilib. Bu izahın müəllifləri alman və fransız tərəfdaşlarımızdır. Bu, onların güzəştin əldə edilməsi üçün arzularının səmimi olduğunu göstərir".


Putin Ukrayna prezidenti Pyotr Poroşenkonun Krımı Ukraynanın tərkibinə qaytaracağı ilə bağlı bəyanatına da münasibət bildirib. Onun sözlərinə görə, bu bəyanat revanşizmin təzahürüdür: "Məsələ hər hansı bir ərazinin geri qaytarılmasında deyil. Keçən ilin sonunda Federal Şuraya müraciətimdə dediyim ki, Krım necə olub, elə də qalacaq, rusların, ukraynalıların, tatarların, yunanların və almanların, Krım bütün bu xalqların evi olacaq. O ki, qaldı Krımın hansı dövlətə məxsus olmasına, orada yaşayan insanlar artıq öz seçimlərini ediblər. Buna hörmətlə yanaşmaq lazımdır. Rusiya buna başqa cür yanaşa bilməz".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR