APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin saytında dərc olunmuş məlumatda bildirilir.
Məlumata görə, Pyotr Poroşenko Aİ Şurasının prezidenti Donald Tusk ilə telefon danışığı zamanı Donbasdakı vəziyyəti müzakirə edib.
Ukrayna lideri D.Tuska bildirib ki, Kiyev ölkəyə sülhməramlı kontingentin göndərilməsi xahişi ilə BMT Təhlükəsizlik Şurasına və Aİ Şurasına müraciət etməyi qərara alıb.
Poroşenko Rusiyanın sülhməramlı kontingentdə iştirakını istisna edib.