Raffi Ovannisyan müddətsiz aclıq aksiyasına başlayıb

Raffi Ovannisyan müddətsiz aclıq aksiyasına başlayıb
# 11 mart 2013 06:58 (UTC +04:00)

Bakı-APA. Ermənistan prezidenti postuna sabiq namizəd, “İrs” partiyasının rəhbəri Raffi Ovannisyan aclıq aksiyasına başlayacağını bəyan edib. APA-nın məlumatına görə, o bildirib ki, aclıq aksiyası Serj Sərkisyan xalqın qələbəsini tanıyana kimi davam edəcək.

“Fevralın 18-də Ermənistan vətəndaşları prezident seçkilərində gələcək dövlətin toxumunu səpdilər və bu toxum bəhrəsini verəcək. Qələbənin qarantiyası isə yalnız birlik ola bilər. Seçkilərdən sonra buraxılmış səhvlərin düzəldilməsi üçün addımlar atmağa çalışdım. Bu səbəbdən prezidentlə görüşdüm və ona yaranmış vəziyyəti dəyişdirmək üçün təkliflərimi təqdim etdim. Lakin bütün təkliflərimə rədd cavabı verdi. Daha ona söyləyəcək sözüm yoxdur. Əgər onların öz təklifləri varsa, onları dinləməyə hazıram. Lakin yalnız burada, Azadlıq meydanında, sizin iştirakınızla”.

Raffi Ovannisyan bildirib ki, Serj Sərkisyan yalnız onun meyitinin üstündən keçərək aprelin 9-da Bibliya və Konstitusiyaya and içə bilər: “Bütün ermənilərin katalikosu isə xalqın iradəsini tanımayan şəxsə xeyri-dua verməklə Bibliyanı ləkələmiş olacaq”

Azadlıq meydanında qalacağını və yemək qəbulundan imtina edəcəyini deyən Ovannisyan xalqı təxribatlara uymamağa və sülh yolu ilə mübarizəni davam etdirməyə çağırıb: “Xalqa əl qaldırmağa cürət edəcək şəxslər “xalq məhkəməsi” qarşısında cavab verəcəklər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR