Raffi Ovannisyan sabahdan aclıq aksiyasını dayandıracağını bəyan edib

Raffi Ovannisyan sabahdan aclıq aksiyasını dayandıracağını bəyan edib
# 30 mart 2013 08:53 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. “İrs” Partiyasının lideri, prezidentliyə keçmiş namizəd Raffi Ovannisyan martın 10-da başladığı aclıq aksiyanı sabah başa çatdırmaq niyyətindədir. APA-nın “RİA-Novosti” agentliyinə istinadən verdiyi məlumatına görə, R.Ovannisyan bunu dünən İrəvanın mərkəzində tərəfdaşları ilə görüşündə bildirib. Onun sözlərinə görə, sabah keçiriləcək Pasxa bayramı ilə bağlı tədbirlərdən sonra, o, aclıq aksiyaya son qoyacaq.

Qeyd edək ki, fevralın 18-də Ermənistanda keçirilən prezident seçkilərində indiki prezident Serj Sərkisyanın 58.64%, Raffi Ovanisyanın isə 36.74% səs topladığı açıqlanıb. “İrs” Partiyasının lideri seçkilərin nəticələrinin saxtalaşdırıldığını elan edərək aclıq aksiyaya başlayıb. O bir sıra məmurların və 5 vilayətin qubernatorunun seçkilərin nəticələrini saxtalaşdırdığına görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR