Ramzan Kadırov: “İŞİD ABŞ-ın məhsuludur”

Ramzan Kadırov: “İŞİD ABŞ-ın məhsuludur”
# 05 fevral 2015 21:55 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ramzan Kadırov Qroznıda keçirilmiş “Sufizm insanlar üçün təhlükəsizlik və dövlətlər üçün sabitlikdir” beynəlxalq konfransının materiallarının yer aldığı toplunun təqdimatını şərh edərkən bildirib.

Çeçenistan rəhbəri vəhabilərin şeytanın yolu ilə getdiyini bildirib: “Onlar İslamdan yalnız istədiklərini götürürlər, lakin İslam Allahın kəlamıdır və onu parçalamaq olmaz. Hesabatlar təsdiqləyir ki, İŞİD-in əməllərinin məqsədi İslamı daxildən sarsıtmaq, bütün dünyanı İslama üz çevirməyə məcbur etməkdir. Onların qəddarlığı, törətdikləri güllələnmə, baş kəsmə, insanların tonqalda yandırılması səhnələri xəlifələrin və Peyğəmbərin nəvəsinin qatillərinin törətdikləri əməllərin birbaşa davamıdır. İŞİD İslama qarşı gizli müharibə elan etmiş ABŞ və digər qərb dövlətlərinin məhsuludur”, deyə Ramzan Kadırov qeyd edib.

“Sufizm insanlar üçün təhlükəsizlik və dövlətlər üçün sabitlikdir” mövzusunda beynəlxalq konfrans ötən ilin avqustunda Qroznıda keçirilib. Konfransda Misir, İndoneziya, İordaniya, Səudiyyə Ərəbistanı, Suriya, Küveyt, Rusiya və digər ölkələrin din xadimləri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR